Ferrari Special Projects bölməsi zavod fərdiləşdirmə proqramı çərçivəsində xüsusi sifarişlə inşa edilmiş daha bir avtomobili nümayiş etdirib.
Fins.az xəbər verir ki, KC23 bu qəbildən olan dördüncü belə avtomobildir və onun əsasını 4 il bundan əvvəl kütləvi istehsalı başa çatmış ortamühərrikli Ferrari 488 superkarı təşkil edir.
Bunun əsas səbəbi, müştərinin KC23 layihəsi üçün donor olaraq yol avtomobilini deyil, 2020-ci ilin Ferrari 488 GT3 Evo yarış kupesini seçməsidir. Bu, avtomatik olaraq, eksklüziv superkarın ictimai yollara çıxışının olmadığını bildirir, tətbiq edilmiş dəyişikliklərin isə, onun yarış seriyalarına yolunu bağlayır. Bununla belə, Ferrari KC23 kolleksiya avtomobili kimi olduqca aktualdır!
Superkarın əsas xüsusiyyəti isə kuzovun hərəkət edən elementləridir. Trek rejimində daha səmərəli soyutmanı təmin etmək üçün kupenin ön təkərlərinin (radiatorlardan isti havanın çıxarılması) və qapılarının arxasındakı (mühərrikə hava axını təmin etmək məqsədilə) "qəlsəmələr" açılır.
Yeganə nüsxədə istehsal edilmiş Ferrari KC23 superkarı qarşıdan gələn Qudvud Sürət Festivalında canlı nümayiş etdiriləcəkdir. Avqust və sentyabr aylarında avtomobil Ferrari Muzeyində nümayiş etdiriləcək və yalnız bundan sonra adı açıqlanmayan müştəriyə göndəriləcəkdir.