Cənubi Koreya təmsilçisi yeni bir krossoveri təqdim edib - kiçik Hyundai Exter modelini.
Fins.az xəbər verir ki, o, ilk növbədə, istehsal olunduğu Hindistan üçün hazırlanıb, baxmayaraq ki, onun digər ölkələrə də ixrac edilməsi planlaşdırılır.
Exter olduğundan böyük görünür: hündür kuzov, iri təkər tağları, bamperlərdəki plastik müdafiənin imitasiyası, dam reylinqləri buna xidmət edirlər.
Onun uzunluğu cəmi 3815 millimetrdir. Exter modelini, hətta Hyundai Venue modelində olduğu kimi, min bir fənd ilə güzəştli hind normativlərinə (dörd metrdən çox olmayan) uyğunlaşdırılmağa gərək qalmayıb.
Exter modelinin salonu beş nəfər üçün nəzərdə tutulub, amma nədənsə ikinci cərgədə mərkəzi baş dayağı yoxdur. Standart avadanlığa altı təhlükəsizlik yastığı, ABS, kondisioner və rəqəmsal (səfər kompüterinin rəngli ekranı və şkalaların ayrıca displeyləri) panel daxildir.
Hindistanda qiymətlər artıq açıqlanıb. Orada Exter modelinin baza versiyası 600 min rupiyə, yəni 7.300 dollara başa gələcəkdir. "Robot" ilə təchiz edilən top versiya üçün bir milyon rupi (12.100 dollar) istəyirlər. Yerli bazarda Exter Tata Punch, Suzuki Ignis və Citroen C3 modelləri ilə rəqabət aparacaqdır.