Avtomobil sənayesində onlayn satış platformalarından səmərəli istifadə edən Mercedes-Benz Türkiyə onlayn satış platformasını bağladığına dair iddiaları təkzib edib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir, şirkət məhsulların mütəmadi olaraq onlayn platformalarda təklif olunduğunu bildirib.
Şirkətdən verilən açıqlamada Mercedes-Benz Türkiyənin Almaniyadan belə bir təlimat alması ilə bağlı məlumatın həqiqəti əks etdirmədiyi bildirilib.
Açıqlamada, mövcud satış planları çərçivəsində fiziki (salon) və rəqəmsal (onlayn) avtomobillərin aktiv şəkildə təklif olunmağa davam etdiyi bildirilib.
Zəminə Hüseyn
Fins.az