Apple qarşıdan gələn Apple Car üçün innovativ audio sistemi üzərində işləyir.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət əsasən avtomobilin quruluşuna və dizaynına diqqət yetirsə də, indi audio ilə bağlı beş patent üçün müraciət edib.
Şirkətin ideyasına əsasən sərnişinin baş hissəsinin hansı istiqamətə çevrilmiş vəziyyətdə olmasından asılı olmayaraq o, səsgücləndiricilər vasitəsilə ötürülən səsi aydın şəkildə eşitməlidir. Daha bir neçə səsgücləndiricinin elektromobilin qapılarına da yerləşdirilməsi nəzərdə tutulub.
Zəminə Hüseyn
Fins.az