Toyota retro dizaynlı yeni Land Cruiser ofrouderinin ilk tizerini dərc edib.
Fins.az xəbər verir ki, Ofrouder platforma və güc aqreqatlarını Lexus GX modeli ilə paylaşacaq, lakin daha brutal və utilitar olacaqdır.
Land Cruiser ofrouderinin ABŞ bazarına geri qaytarılacağı bəyan edildikdən sonra, Toyota şirkəti gələcək ofrouderinin ilk tizerini dərc edib. Tizerdəki ofrouderin məşhur Land Cruiser 300 olmadığını təxmin etmək asandır.
Böyük ehtimalla, modellər həmçinin ümumi mühərrik çeşidinə sahib olacaqlar. Bu isə o deməkdir ki, Land Cruiser 3,5-litrlik V6 biturbo mühərriki və Sequoia modelindən tanış olan i-Force Max hibrid qurğusu ilə təchiz ediləcəkdir. Avtomobilin əsas xüsusiyyəti əfsanəvi FJ40 modelini xatırladan retro üslublu dizaynı olacaqdır. Land Cruiser orijinal ön və arxa fənərlərə, daha iri bamperlərə sahib olacaqdır. Lakin o, Lexus ofrouderindən fərqli olaraq, arxa spoyler ilə təchiz edilməyəcəkdir.
Model gələn il Amerika bazarında satışa çıxmalıdır. Avropada o, Land Cruiser Prado kimi satıla bilər, lakin hələlik bunun rəsmi təsdiqi yoxdur.