AVTO

07 İyul

Elektrikli avtomobil satışı artıb

Türkiyə Avtomobil Distribyutorları və Mobility Dərnəyindən (ODMD) toplanan məlumatlara görə, Türkiyədə avtomobil və yüngül ticari avtomobillərin ümumi satışları 2023-cü ilin yanvar-iyun dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 55,3 % artıb.

Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, Türkiyə avtomobil bazarında elektrikli avtomobil satışı bu ilin ilk altı ayında keçən ilin eyni dövrünə görə 465,3% artaraq 12 792 ədədə çatıb.

Bu dövrdə hibrid avtomobil satışları 47,5%, elektromobil satışları isə 465,3% artıb.

Elektriklə işləyən avtomobillərin ümumi satışdakı payı 0,8 %-dən 3 %-ə yüksəlib. 

Zəminə Hüseyn
Fins.az