2022-ci ildə Avropanın ən çox satılan avtomobili olan PEUGEOT 208 tamamilə yeni ölçü götürür.
Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, PEUGEOT məhsul çeşidinin ikonik modeli, 400 km məsafəyə malik tam elektrik versiyası yeni dizayn, qabaqcıl texnologiyalar və üstün sürücülük həzzini təmin edən yeni güc qatarı sistemi ilə yenilənib.
Yeni PEUGEOT E-208-in Avropa satışları 2023-cü ilin noyabrında başlayacaq.
PEUGEOT-un şəhər avtomobillərindəki doqquzuncu nəsil nümayəndəsi olan PEUGEOT 208, 2023-cü ilin iyul ayından etibarən yeni görünüş və texniki təkmilləşdirmələrlə təqdim edilib. Bundan əlavə, avtomobil keçən il Fransada bütün seqmentlərdə ən çox satılan elektrik avtomobili olub.
Zəminə Hüseyn
Fins.az