AVTO

06 İyul

Toyota yeni nəsil batareya planlarını təqdim edib

Toyota şirkəti bildirib ki, o, elektromobillər üçün nəzərdə tutulmuş batareyaların çəkilərini, ölçülərini və qiymətlərini aşağı salmağa imkan verəcək texnoloji irəliləyişi reallaşdıra bilib.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkət bərk batareyaların hazırlanmasında istifadə edilən materialın istehsal prosesini sadələşdirməyi bacarıb.

Yeni texnologiya sayəsində elektromobillər enerjini daha tez yığacaqlar və daha çox məsafə qətt edə biləcəklər.

Açıqlamada bildirilib ki, 1200 km yol qətt etmə bacarığına sahib olacaq yeni nəsil elektromobillər bu yeni texnologiya vasitəsilə 100% enerjini 10 dəqiqəyə yığa biləcəklər.

Bununla yanaşı maye elektrolitə sahib litium-ion batareyalardan fərqli olaraq bərk batareyalarda yanma riski daha aşağıdır.

Qeyd edək ki, Toyota yeni texnologiya əsasında olacaq batareyaların kütləvi istehsalını artıq 2027-ci ilə kimi yoluna qoymağı hədəfləyib. Şirkətin hansı elektromobillərinin yeni nəsil batareyaları əldə edəcəkləri bilinmir.

Zəminə Hüseyn
Fins.az