AVTO

05 İyul

Togg-un ilk beş aylıq performansı açıqlandı

İlin ilk yarısında 430 minə yaxın avtomobil satıldığı halda, ən çox axtarılan markalar da açıqlanıb.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fiat, Renault və Ford ilk altı ayda ən çox tələb olunan markalar arasında olub. Togg, ilin ilk beş ayında 306 avtomobilin satıldığını bildirib.

Avtomobil Distribyutorları və Mobility Dərnəyi (ODMD) Türkiyədə avtomobil və yüngül ticari vasitələrin cəmi satışları 2023-cü ilin yanvar-iyun ayları ərzində 55,3 % artaraq 555 min 867 ədədə çatıb.

Bu rəqəm bütün zamanların ən yüksək satış sayı kimi qeydə alınıb.

Sözügedən dövrdə avtomobil satışları 54,5 % artaraq 429 min 870 ədəd, yüngül ticari avtomobil satışları isə  58,2 % artaraq 125 min 997 ədəd olub.

İyun ayında 10 illik orta satışlarla müqayisədə avtomobil satışları 53,8 %, avtomobil satışları  57,2 %  və yüngül ticari satışlar 40,8 % artıb.

Leyla Fikrətqızı 
Fins.az