Türkiyə Avtomobil Distribyutorları və Mobillik Dərnəyi avtomobil və yüngül kommersiya vasitələri bazarı ilə bağlı açıqlama edib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, iyun ayında avtomobil və yüngül kommersiya avtomobilləri bazarı 37,5% artıb.
2023-cü ilin birinci yarısında avtomobil və yüngül kommersiya vasitələri bazarı 55,3 % artaraq 555,867-yə çatıb.
İyun ayında avtomobil bazarı 40,1 % yüngül ticari avtomobil bazarı isə 27,3 % artıb.
Onu da qeyd edək ki, ilk altı ayda avtomobil bazarı 54,5 % yüngül kommersiya bazarı isə 58,2% artıb.
Altı aylıq satış isə 504 min 973 olub.
Leyla Fikrətqızı
Fins.az