Amerikanın elektrikli avtomobil nəhəngi Tesla bu ilin ikinci rübündə 479 min ədədlə qlobal istehsala və 466.140 ədəd tədarükə nail olub.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, avtomobil tədarükü rekordu qıran şirkət, çatdırılmanı əvvəlki rüblə müqayisədə 10%, ötən ilə nisbətən isə 83% artırıb.
Eyni zamanda Tesla, keçən ilin eyni dövrü ilə müqayisədə xalis gəlirinin 24 % azaldığını bildirib.
Zəminə Hüseyn
Fins.az