AVTO

28 İyun

Opelin yenilənmiş loqotipi - FOTO

Emblemin əsas elementi - şimşək qorunub saxlanılıb. İki əsas dəyişiklik var: şimşək indi iki üçbucaqlı elementdən ibarətdir və parlaq “nişangah” ilə əhatə olunub.

Fins.az xəbər verir ki, yeni Opel kimliyinin tamölçülü təqdimatı sentyabrda Münhendə keçiriləcək IAA 2023 avtosalonu çərçivəsində baş tutacaq, yenilənmiş loqotiplər isə, 2024-cü ildən başlayaraq avtomobillərdə tətbiq ediləcəklər.

Brendin yeni korporativ kimliyi Opel Compass adlanır. 

Qeyd etmək lazımdır ki, Opel loqotipini bu yaxınlarda yeniləyib - 2020-ci ildə şirkət üçölçülü emblemdən imtina edib və bununla da rəqəmsal dövrə sadiq qaldığını vurğulayıb.