E-Tech hibrid sistemi və CMF-CD platformasından istifadə edərək Rafale D seqmentinə yeni rəqabət gətirməyi hədəfləyir.
Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Renault, Renaulution strateji planında əsas hədəflərdən biri olan C seqmentindəki performansını daha da gücləndirmək məqsədini Yeni Renault Rafale modeli ilə D seqmentinə daşıyır. Yeni Renault Rafale E-Tech hibrid sistemindən və CMF-CD platformasından istifadə etməklə Renault-nun məhsul çeşidinin ən yüksək pilləsində yerləşir.
Onu da qeyd edək ki, hibrid güc aqreqatları, şassilər və elektron avadanlıqlar üçün texnoloji imkanlarını inkişaf etdirən Renault indi öz istifadəçilərini mütləq sürücülük zövqü üçün yaradılmış və hazırlanmış Yeni Rafale ilə tanış edir.
Leyla Fikrətqızı
Fins.az