AVTO

24 İyun

Ford - işçilərin ixtisarının daha bir mərhələsini hazırlayır

Amerikanın "Ford Motor" şirkəti yaxın həftələrdə daha bir ixtisar mərhələsinə başlamağa hazırlaşır.

İxtisarlar gələn həftənin əvvəlində elan edilə bilər və ilk növbədə ABŞ-dan maaş alan işçilərə təsir edəcəyi gözlənilir. İşdən çıxarılması planlaşdırılan işçilərin sayı barədə məlumat verilmir.

"Ford"-un CEO-su Cim Farley daha əvvəl qeyd etmişdi ki, şirkət xərcləri münasib saxlamaq üçün rəqiblərindən daha çox iş görməlidir. Onilliyin ortalarına qədər o, illik xərcləri ən azı 3 milyard dollar azaltmağa ümid edir.

Cümə axşamı ticarət sessiyasında avtomobil istehsalçısının səhmləri 0.1% bahalaşıb.