Hyundai, İzmit fabrikində istehsal etdiyi i10 modelinin makiyaj versiyasını satışa çıxardı.
Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmit fabrikində istehsal edilən makiyaj i10 1.0 lt MPI Jump manual variantı 615 min TL, ən tam variantı Elite 1.2 AMT isə 720 min TL ilə alıcılarını gözləyir.
Hyundai Assan-ın açıqlamasına görə, daha canlı rəngləri və daha qəşəng dizaynı ilə diqqət çəkən i10, ümumiyyətlə yalnız üst seqmentlərdə görülən inkişaf etmiş əlaqə xüsusiyyətləri, rahatlıq elementləri və texnologiyaları da təqdim edir. Bu yeni əlavələrlə Hyundai i10 indi öz sinfində daha da rəqabətə davamlıdır.
Leyla Fikrətqızı
Fins.az