Rivian şirkəti də Tesla şarj standartından istifadə edən avtomobil istehsalçılarının cərgəsinə qoşulub.
Fins.az xəbər verir ki, Amerikan elektromobil istehsalçısı Ford və General Motors konsernlərinin ardınca şimaliamerikan NACS (North American Charging Standard) standartına keçdiyini elan edib.
Bu standart Tesla tərəfindən yaradılıb və geniş şəbəkəyə malik olan Supercharger şarj stansiyalarında istifadə edilir. Tesla konnektorunu qəbul etməyə razılaşan digər elektromobillərin sahibləri də bu terminallardan yararlana biləcəklər.
Rivian R1T və R1S modellərinin sahibləri 2024-cü ilin yazından etibarən xüsusi adapterin köməkliyi ilə öz elektromobillərini Tesla Supercharger stansiyalarında şarj edə biləcəklər. İstehsalçı adapterləri pulsuz təmin edəcəyinə söz verib. Tesla şirkətinin təklif etdiyi CCS Combo 1 adapterinin qiyməti isə 175 dollardır.
May ayında Ford avtomobillərini yeni adapter ilə təchiz etmək qərarına gəlib. Müddət eynidir: 2024-cü ilin yazından Mustang Mach-E, E-Transit və F-150 Lightning modellərinin sahibləri adapterin köməkliyilə öz elektromobillərini Tesla Supercharger stansiyalarında doldura biləcəklər, 2025-ci ildən isə adapter lazım olmayacaqdır.