AVTO

20 İyun

Yeni nəsil Mercedes-Benz E-Class universalı debüt edib - FOTO

Yeni nəsil Mercedes-Benz E-Class sedanı (W214) iki ay əvvəl debüt edib və hətta bazara çıxmağa belə vaxt tapmayıb.

Fins.az xəbər verir ki, Alman şirkəti isə, artıq S214 kodlu E-Class Estate universalını hazırlayıb. Avropada biznes sinifli universallar hələ də aktualdır, lakin Köhnə Dünyada da bazar getdikcə krossoverlərə meyl edir. Buna görə də yeni E-Class universalı əhəmiyyətli dəyişikliklərə məruz qalıb.

Sedanda olduğu kimi, universalın da təkər bazası 22 millimetr (2961 millimetr) artıb ki, bu da ikinci oturacaq cərgəsində əlavə yer vəd edir. Bununla belə, ümumi uzunluğun artımı cəmi 4 millimetrdir (4949 millimetr). Sedan 28 millimetr enli (1880 millimetr) və simvolik 1 millimetr hündür (1469 millimetr) olub.

Təkər izi də bir qədər genişləndirilib – öndə 1634 millimetr, arxada isə 1648 millimetr. Müxtəlif versiyalar üçün 17-21 düymlük təkər diskləri təklif olunur.

Qatlanan iki nəfərlik divan hərəkət istiqamətinə qarşı yerləşirdi və orada yalnız yeniyetmələri yerləşdirmək mümkün idi. Bu, Avropa bazarındakı unikal bir təklif idi. Məsələn, yola saldığımız S213 nəslindən olan universalda belə opsiya 1490 avroya başa gəlir.

Universalın standart təchizatına arxa divanın kürək hissəsinin qatlanması üçün elektrik ötürməsi (40:20:40 nisbətində üç hissəyə bölünür), beşinci qapının servoötürücüsü və yüklənmədən asılı olmayaraq kuzovun yolun üstündəki mövqeyini bərabərləşdirən arxa pnevmatik asqı daxildir.

Mercedes-Benz E-Class Estate  2100 kiloqrama qədər çəkisi olan qoşqunu yedəyə ala bilər (qoşqu əyləclə təchiz olunmursa, maksimum 750 kiloqram). Avadanlıq və seçimlərə gəlincə, universal tam şəkildə baza sedanını təkrarlayır: burada bütün təkərlər üçün pnevmatik asqı, elektrik deflektorları olan iqlimə nəzarət sistemi, Burmester səs sistemi və daha çox şey var.

Universalın əsas bazarı Avropa olacaqdır, buradakı satışlara payızda start verləcəkdir. İlkin məlumata görə, S214 nəslindən olan yeni E-Class Estate universalı ən azı 60 min avroya başa gələcəkdir. Xatırladaq ki,  cari E-Class universalı 56 700 avrodan başlayan qiymətlərlə satılır.