AVTO

16 İyun

Mercedes-Benz futurikstik Vision One-Eleven elektrik superkarını təqdim edib - FOTO

Keçən əsrin 60-70-ci illərində Mercedes-Benz bir neçə C111 superkarını yığııb. Onlar qeyri-adi rotor-porşenli mühərrikləri, turbodizelləri və polimerdən kuzovları olan təcrübə avtomobilləri idi.

Fins.az xəbər verir ki, Mercedes-Benz C111 modellərinin avanqard görünüşü indi də hər kəsi heyran edir və alman istehsalçısı modelə müasir görünüş verməyə çalışıb. Mercedes-Benz Vision One-Eleven konsepti 70-ci illərin ideyalarının yeni təfsiridir: qağayı qanadlı qapılar, alçaq burun və hətta kuzovun mis-narıncı rəngi də var.

Ekspressivliyi, "dəstək"-diffuzoru olan nazik arxa hissə və təkər tağlara mükəmməl uyğunlaşan diskləri əlavə edirlər. Sonuncuların dizaynı elektrik mühərrikinin statorunun mis sarğısına bənzəyir.

Vision One-Eleven-dəki oturacaqların yastıqları sıx şəkildə döşəməyə birləşirlər və bu, formula "çalovları" effektini yaradır. Amma əslində onların kürək hissəsi geniş tənzimləmələrə malikdir və oturacaqlar rahatlıq baxımından S-Class sedanındakılardan heç də geri qalmırlar.

Vision One-Eleven prototipinin güc qurğusu, əlbəttə ki, elektriklidir. Batareyada prinsipcə yeni kimyəvi tərkibdən və maye ilə soyudulmuş silindrik hüceyrələrdən istifadə edilir. Superkar oxvari maqnit axınına malik olan iki YASA firmasının (Mercedes-Benz 2021-ci ildən bu şirkətin sahibidir) elektrik mühərriki ilə hərəkətə gəlir.

Qurğular Mercedes-Benz şirkətinin Berlin-Marienfelde zavodunda istehsal ediləcəklər. Vision One-Eleven seriyaya getməyəcək, lakin bu prototipdə tətbiq olunmuş bəzi həllərdən gələcək modellərdə istifadə edəcəklər. Beləliklə, konsept xələfi olan orijinal C111 modelinin taleyini təkrarlayacaq.