AVTO

09 İyun

Mitsubishi yeni nəsil Colt hetçbekini nümayiş etdirib - FOTO

Mitsubishi Colt hetçbekinin görünüşü, istehsalçısının transformasiya zamanı xərclərə maksimal dərəcə qənaət etmək istəyini göstərir: yapon hetçbeki Clio modelindən bamperləri və emblemləri, həmçinin Mitsubishi üslubunda kiçik X formalı elementin yerləşdiyi radiator barmaqlığı ilə seçilir.

Fins.az xəbər verir ki, Hetçbek bu ilin payızında Avropada satışa çıxmalıdır.

Bundan əlavə, ön tərəfdəki fərqli loqotipə baxmayaraq, Mitsubishi mütəxəssisləri Renault rombu üçün nəzərdə tutulmuş kəsiyi saxlayaraq  kapota toxunmamağa qərar veriblər.

Mühərrik çeşidi də Clio hetçbekindən götürülüb. Colt modelinin baza versiyası beş pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışan 67 at qüvvəli 1,0-litrlik üçsilindrli atmosfer mühərriklə təklif olunur. Bundan başqa, altı pilləli mexaniki transmissiya ilə çalışan 91 at qüvvəli 1,0-litrlik turbomühərrik də mövcuddur.

Ən güclü Colt modeli 145 at qüvvəsi hasil edən və avtomatik transmissiya ilə tandemdə işləyən 1,6-litrlik atmosfer mühərrikinə əsaslanan HEV hibrid aqreqatı ilə təchiz ediləcəkdir. Belə hetçbek 100 km/saata  9,3 saniyəyə sürətlənir.

Mitsubishi Colt Türkiyədə Clio modeli ilə birlikdə buraxılacaqdır. Avtomobilin qiyməti hələlik məlum deyil, lakin o, şübhəsiz ki, “donor” Renault səviyyəsində olacaqdır. Xatırladaq ki, Clio modelinin Fransadakı satış qiyməti 20,4 min avrodan başlayır.