Üçüncü nəsil Peugeot 3008 krossoveri cari ilin sentyabr ayında debüt etməlidir. Yenilik bazara yalnız 2024-cü ilin yazında çıxacaqdır.
Fins.az xəbər verir ki, Peugeot 3008 modeli Panoramic i-Cockpit adlı yeni ön panel arxitekturasını alan ilk avtomobil olacaqdır. Bu, on bir il əvvəl ortaya çıxan i-Cockpit konsepsiyasının növbəti təkamülüdür.
Peugeot 3008 modelində artıq mexaniki transmissiyalar olmayacaqdır, avtomatik transmissiyanın idarəetmə selektoru isə ön panelə keçirilib: indi o, sağ sükan dəstəyinin arxasında yerləşir.
Yeni nəsil Peugeot 3008 arxa şüşənin güclü meyli olan kupeşəkilli kuzov profili əldə edəcək və təkmilləşdirilmiş EMP2 platformasına əsaslanacaqdır.

