Türkiyənin avtomobil və yüngül ticari avtomobil bazarında may ayında ən çox satış edən markalar sırasıyla Fiat, Opel və Peugeot olub.
Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, keçən ay avtomobil və yüngül ticari avtomobil satışları keçən ilin eyni dövrü ilə müqayisədə 70,9 % artaraq 111,356 ədəd təşkil edib.
Renault 9553 satışla dördüncü, Ford isə 9253 satışla beşinci yerdədir. Qeyd edək ki, may ayında 306 Togg satılıb.
Zəminə Hüseyn
Fins.az