AVTO

02 İyun

Türkiyədə avtomobil satışlarında rekord

Türkiyə Avtomobil Distribyutorları və Mobility Assosiasiyasının (ODMD) məlumatlarına görə, 2023-cü ilin may ayında avtomobil və yüngül kommersiya vasitələri bazarı keçən ilin may ayına nisbətən 70,9 % artaraq 111,356 ədədə çatıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, beləliklə, may ayı əsasında rekord göstərici əldə edilib.

May ayında avtomobil satışları əvvəlki ilin eyni ayına görə  68,5 % artaraq 87 min 218 ədəd, yüngül ticari avtomobil bazarı isə 79,9 % artaraq 24 min 138 ədəd oldu.

Avtomobil bazarı 10 illik may ayı ortalama satışlarına görə 69,2% artdı. Yüngül ticari avtomobil bazarı orta 10 illik may satışları ilə müqayisədə 69,1% artıb.

Zəminə Hüseyn
Fins.az