Yapon avtomobil istehsalçısı 2023-cü ilin aprelində istehsal rekorduna imza atıb. Konsernin təqdim etdiyi hesabatında yazın ikinci ayında konveyerdən 787,8 min avtomobil çıxdığı (2022-ci ilin apreli ilə müqayisədə +13,8%) göstərilir ki, bu da Toyota şirkətinin tarixindəki maksimum göstəricidir.
Fins.az xəbər verir ki, Yaponiyadakı müəssisələrdə 273,06 min avtomobil istehsal edilib: bu göstərici 12,2% artsa da, rekord göstərici deyil. Lakin xarici zavodlar 514,74 ədəd istehsal edib ki, bu da bir il əvvəlkindən 14,7% çoxdur.
Təkcə Hindistanda istehsal iki dəfədən çox, 119% artıb. Çində 51,9% və ya 1,5 dəfə artım qeydə alınıb – bunun əsas səbəbi Şanxaydakı zavodun yenidən işə salınmasıdır. Ümumilikdə, Asiyadakı avtomobil istehsalı il ərzində 21,5% artıb. Avropa bazarlarında da 19,3% həcmində sürətli artım müşahidə olunub. ABŞ, Kanada və Meksikada əldə edilən nəticə isə, keçən illə müqayisədə 6% yüksək olub.
Satışlar baxımından Toyota ay ərzində 800 863 avtomobil satmağı bacarıb ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,9% çoxdur. Çində satışlar 46,3% artaraq 162,6 minə, Yaponiyada isə 21,5% artraq 125,3 minə çatıb.
Ümumilikdə, 2023-cü ilin son dörd ayı ərzində Toyota 3,2 milyondan çox avtomobil satıb (+2,6%) ki, onlardan 26 057 ədədi elektromobillərin payına düşür. Ümumi istehsal həcmi 6,8% artaraq 3,13 milyona çatıb.