AVTO

25 May

Opel Corsa yenilənib - FOTO

Opel Corsa modeli yenilənib, yeni görünüşə sahib olub. Hetçbekin hər iki versiyası (daxili yanma mühərrikli və sırf elektrik) Vizor adlı firma ön panelini alaraq əhəmiyyətli dəyişikliklərə məruz qalıblar.

Fins.az xəbər verir ki, modellərin elektronikası və interyer dizaynı yeniləyib, mühərrik çeşidində isə, ilk dəfə olaraq 48 voltluq üst quruma malik olan “yumşaq” hibridlər peyda olub. Elektrik versiyası daha güclü və uzunmənzilli olub, üstəlik adını Corsa-e-dən Corsa Electric-ə dəyişib.

Corsa Electric elektrokarı əhəmiyyətli dərəcədə təkmilləşdirilib: baza versiyasında o 136 at qüvvəli mühərriklə təklif olunacaq, lakin onun yürüş ehtiyatı 357 kilometrə qədər artırılacaqdır. 

Yenilənlmiş hetçbekin satışlarına 2023-cü ilin dördüncü rübündə start veriləcəkdir.