AVTO

24 May

Lexus iyun ayında yeni yığcam krossoverini təqdim edəcək

Yeni krossoverin təqdimatı iyun ayının 5-də keçirilməlidir. Bu günlərdə yapon avtomobil istehsalçısı yenil modelin ilk rəsmi tizerlərini dərc edib. Bu, yapon brendinin model cərgəsində Lexus UX modelindən bir pillə aşağıda qərarlaşacaq yığcam krossoverdir. 

Fins.az xəbər verir ki, Lexus bir müddət bundan əvvəl  LBX adını Avropada qeydiyyatdan keçirib və eyni zamanda onun premium brendin model xəttindəki ən kiçik ölçülü krossover olacaq yeni model üçün nəzərdə tutulduğunu bildirilib. LBX modelinin uzunluğunun 4,2 metrə çatacağı məlumdur. Müqayisə üçün, Lexus UX modelində bu ölçü 4,5 metrə bərabərdir.

İlkin məlumatlara görə, onun satış qiyməti 27 min avro ətrafında olacaqdır.