AVTO

19 May

Volkswagen Rusiyadakı aktivlərini satıb

Alman avtomobil istehsalçısı "Volkswagen"in Rusiyadakı aktivlərini bir rus şirkətinə satdığı bildirilir.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, şirkətin Rusiyadakı aktivlərinin Rusiyanın Avilon şirkətinə satışının tamamlandığı açıqlanıb.

Açıqlamada şirkətin Kaluqadakı istehsalat obyektinin də müqavilə çərçivəsində satıldığı və müqavilənin Rusiya səlahiyyətliləri tərəfindən də təsdiqləndiyi bildirilib.

Rusiyanın İnterfaks xəbər agentliyi mayın 12-də sövdələşmənin 125 milyon avro dəyərində olduğunu bildirib.

Rusiyada Mercedes, Renault və Nissan şirkətlərinin aktivləri əvvəllər Rusiya hökumətinə verilib.

Zəminə Hüseyn
Fins.az