Yapon markasının yeni strateji planı elektromobillər çeşidinin əhəmiyyətli dərəcədə genişləndirilməsini nəzərdə tutur: üç il yarım ərzində elektrik krossoverlərinin çeşidi beş dəfə artmalıdır.
Fins.az xəbər verir ki, hazırda Subaru brendi altında yeganə elektromobil - Toyota ilə birgə hazırlanmış Solterra elektrik krossoveri istehsal olunur. 2028-ci ilə qədər Subaru hər il 400 minə qədər elektromobil istehsal etməyi planlaşdırır.
Onilliyin sonuna qədər Subaru ildə 400 minə qədər elektromobil satmağı hədəfləyir, yəni batareyalı modellər Subaru markasının qlobal satışlarının təxminən 40 faizini təşkil etməlidir.
Şimali Amerika Subaru üçün əsas bazardır və bu markanın avtomobillərinin təxminən 70 faizi okeanın o tayında satılır.