AVTO

17 May

Aİ-də avtomobil satışları 17,2% artıb

Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) aprel ayı üçün Avropa İttifaqı ölkələri üçün yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, cəmi satışlar keçən ay 17,2% artaraq 800 mini keçib.

İttifaqa üzv ölkələrdə yeni nəqliyyat vasitələrinin qeydiyyatı 2023-cü ilin yanvar-aprel aylarında keçən ilin eyni dövrünə görə 17,8 % artaraq 3 milyon 454 min 935-ə çatıb.

Aprel ayında Aİ üzv ölkələri arasında avtomobil satışları keçən ilin eyni dövrü ilə müqayisədə İtaliyada 29,2%, Fransada 21,9%, Almaniyada 12,6% və İspaniyada 8,2 % artıb.

Zəminə Hüseyn
Fins.az