Məşhur superkarın çeşidində yalnız məhdud buraxılışlı STO modeli, Tecnica və Sterrato kupeləri qalıb, tamötürməli Evo Spyder açıq versiyası isə ümumiyyətlə ayrıca mövqeləndirilir. Yəni, Evo və Evo RWD versiyaları ixtisara düşüblər.
Fins.az xəbər verir ki, Huracan ailəsinin bütün superkarları satılıb və artıq qəbul olunmuş sifarişlər 2024-cü ilə qədər yerinə yetiriləcəkdir. Bununla belə, Huracan Lamborghini şirkətinin rəsmi saytındakı konfiquratorunda qalır. Bundan başqa, Huracan modelinin varisi V10 atmosfer mühərrikini də itirəcəkdir.
Bir il əvvəl Lamborghini 20.000 seriya nömrəsi olan Huracan superkarını buraxıb. Bir sözlə, Huracan modeli Santa Agata Bolonyezedə buraxılan ən kütləvi superkar olub. 2014-cü ildən Huracan modelinin əsas bazar Şimali Amerikadır: kupe və spayderlərdən üçdə biri okeanın o biri tərəfinə göndərilir.
Lamborghini brendinin "kiçik" superkarının V8 mühərrikinə əsaslanan plagin hibrid güc qurğusunu alacağı barədə şayiələr dolaşmaqdadır. 2024-cü ildə benzin-elektrik güc qurğusu ilə hərəkətə gələn Urus krossoveri də debüt etməlidir.