AVTO

15 May

Fisker Ocean krossoveri brutal versiyaya sahib olacaq - FOTO

Fisker şirkət rəhbəri bu dəfə elektromobilin ciddi yolsuzluğa uyğunlaşdırılmasını təmin edəcək Force E paketini göstərib. Amerikalılar yeni təchizat  dəstinin, Fisker Ocean modelini, öz sahibini standart krossoverin gedə bilmədiyi yerlərə apara biləcəyini iddia edirlər.

Fins.az xəbər verir ki, ən ciddi təkmilləşdirmələrdən biri yeni amortizatorları alacaq dəyişdirilmiş asqı olacaqdır – bu yenilik elektromobilin klirensini və həndəsi keçid qabiliyyətini artırmağa imkan verəcəkdir. Xarici diametri 33 düym olan yolsuzluq şinləri taxılmış yeni 20 düymlük təkər diskləri də bu işə öz töhfəsini verəcəkdir.

Kuzovda Force E paketinə işarə edən dekorativ elementlər olacaq, xarici görünüş isə, damdakı əlavə baqaj qutusu ilə tamamlanacaqdır.

Tamötürməli Ocean Extreme və Ocean Ultra krossoverlərinin də Force E versiyasına çevrilə biləcəyi vəd edilir. Yeni əlavə paketin qiyməti açıqlanmayıb.