Maserati şirkəti Ghibli və Levante modellərinin Ultima vida versiyasını hazırlayıb. İtalyan avtomobil istehsalçısı Folgore elektromobillər xəttini fəal şəkildə inkişaf etdirir, ona görə də Maserati model çeşidindəki daxili yanma mühərrikləri öz yerilərini tədricən elektrik güc qurğularına verirlər.
Fins.az xəbər verir ki, əgər yeni firma V6 mühərriki öz həyat dövrünə təzəcə başlayırsa, şirkət artıq V8 mühərrikindən imtina edir – belə mühərriki olan modellərin istehsalı 2023-cü ilin sonunda başa çatmalıdır. Vida variantları Ghibli Trofeo sedanı və Levante Trofeo krossoverinə əsaslanacaqlar.
V8 mühərrikli Maserati avtomobillərinin tarixi 1959-cu ildə Maserati 5000GT modelinin buraxılması ilə başlayıb. Son illərdə isə, şirkət Ferrari tərəfindən istehsal olunan aqreqatlardan istifadə edib. 3,8-litrlik mühərriklərin tədarükü üçün müqavilə 2023-cü ildə başa çatır və bu, V8 mühərrikli Maserati avtomobillərinin istehsalının başa çatması deməkdir. İyul ayında Qudvud Sürət Festivalında, Trofeo paketinə əsaslanan xüsusi vida versiyaları - Ghibli 334 Ultima və Levante V8 Ultima modelləri nümayiş etdiriləcəklər.