AVTO

12 May

Lexus yeni nəsil GX ofrouderinin ilk görüntülərini dərc edib - FOTO

Yapon brendi “üçüncü” GX modelinin yaxınlaşan təqdimatına işarə edən tizer kampaniyasına başlayıb. İyunun 9-da köhnəlmiş sələfini əvəz edəcək model sıfırdan yaradılmış brutal dizayna, texniki hissə və texnologiyalar baxımından əhəmiyyətli təkmilləşdirmələrə sahib olacaqdır.

Fins.az xəbər verir ki, Lexus təfərrüatları açıqlamır, lakin tizerlər qarşıdan gələn dəyişikliklərin miqyası, eləcə də hazırkı versiyanın həyat dövrü haqqında danışır - “ikinci” GX ofrouderi 2009-cu ildən bəri istehsal edilir.

Yeni Lexus GX modelinin mühərrik çeşidində bir neçə hibrid güc qurğusu olacaqdır ki, onlardan biri də yeni Land Cruiser Prado modelinə qismət ola bilər. Bundan başqa, GX modeli Lexus markasının rahatlıq və təhlükəsizlik sahəsində ən son texnologiya və işləmələrini ala bilər.