AVTO

12 May

Heritage Customs atelyesi Defender ofrouderini kabrioletə çevirib - FOTO

Hollandiyada fəaliyyət göstərən Heritage Customs atelyesi yeni layihəsini - açıq kuzovlu Land Rover Defender modelini təqdim edib.

Fins.az xəbər verir ki, Valiance Convertible layihəsi üzərindəki işlərə 2021-ci ildə başlnılıb, lakin ofrouderin ilk müştəri nüsxəsi bir neçə gün əvvəl nümayiş olunub.

2021-ci ildə Hollandiyadan Heritage Customs kuzov atelyesi “ikinci” Land Rover Defender 90 modelinə əsaslanan Valiance Convertible layihəsini başlatdığını elan edib. İdeya sadə idi: beş qısa bazalı ofrouderi kabrioletə çevirmək.

Kuzov atelyesindən bildirildiyinə görə, belə bir kabrioletin inşasına ən azı üç ay vaxt gərəkdir. Bununla belə, ilk nüsxənin hazırlanmasına bir ildən çox vaxt sərf edilib. Görülən işlərin dəyəri 82.500 avrodan başlayır. 2022-ci ildə tam qiymət də açıqlanıb - 138 500 avro.