Formula 1 çempionatının carı mövsümü Aston Martin komandası üçün olduqca yaxşı keçir. Britaniya komandasının ulduz pilotu Fernando Alonso artıq keçirilmiş beş Qran Prinin dördündə podiuma qalxıb, komanda özü isə Konstruktorlar Kubokunun yekun sıralamasında 102 xalla ikinci yeri tutur.
Fins.az xəbər verir ki, Britaniya istehsalçısı DBX707 krossoverinin AMR23 adlı versiyasını hazırlayıb.
Texniki baxımından heç bir dəyişiklik baş verməyib, ona görə də formal olaraq alıcı sadə staylinq paketi olan avtomobili alacaqdır. Krossoverin kapotunun altında Mercedes-AMG bölməsinin məhsulu olan, 707 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki var. Aston Martin DBX707 modeli ilk “yüzlüyü” 3,3 saniyəyə yığır, onun maksimal sürəti isə saatda 310 kilometrdir.