Avtomobil istehsalçısının planına görə, 2023-cü ilin sonuna qədər L200 pikapının yeni nəsli (həmçinin Triton kimi tanınır), tamamilə yeni Сolt modeli (Golf sinifində olan) habelə Xpander hibridi və daha bir yeni bir model debüt etməlidir. Sonuncunun XFC Concept konseptinin seriya təcəssümü olacağı məlumdur.
Fins.az xəbər verir ki, L200 pikapının debütü yaxın həftələrdə baş tutmalıdır. Onun ilk ictimai nümayişi martın sonunda keçirilmiş Banqkok avtosalonunda baş tutmuşdu. Bununla belə, bunu tamölçülü təqdimat adlandırmaq olmaz, çünki pikap kamuflyajda nümayiş etdirilib.
Yeni nəsil Mitsubishi L200 modelinin satışına iyun ayında start veriləcək və onun satılacağı ilk baza Tayland olacaqdır.