İki il əvvəl Renault Qrupunun rəhbərliyi Alpine markası üçün Dream Garage adlı perspektivli model cərgəsini elan edib.
Fins.az xəbər verir ki, Alpine A290 müstəqil model deyil, hələlik konveyerə çıxmamış Renault 5 retro-hetçbekinin güclü və drayver versiyasıdır. Xarakterik dizayna malik olan hündür beşqapılı kuzovun mövcudluğunun əsas səbəbi də məhz budur.
Amma dizaynerlər Alpine markasını daşıyan avtomobil üçün bir sıra xüsusiyyətləri hazırlayıblar. Məsələn, burundakı əlavə projektorlar standart avadanlıqa çevrilməlidirlər.
Alpine A290 seriya hetçbeki 2024-cü ilin payızında debüt etməlidir. O vaxta qədər Renault 5 baza modeli artıq istehsala getməlidir. Hər iki model Fransanın Due şəhərindəki Renault zavodunda buraxılacaq.