Alman brendi özünün model xəttindəki “kiçik” 718 sportkarının vida versiyasını - 718 Spyder RS modelini nümayiş etdirib. Əslində, söhbət GT4 RS kupesinin açıq kuzovlu analoqundan gedir: ikiqapılıların bəzi aerodinamik elementləri və asqı komponentləri unifikasiya olunub. Yenilik yalnız 4,0-litrlik atmosfer mühərriki və 7-pilləli preselektiv "robot"un tandemi ilə təchiz edilir.
Fins.az xəbər verir ki, sportkarın ABŞ-dakı satış qiyməti 160 700 dollardan başlayır.
Porsche 718 Spyder RS sportkarının ictimai təqdimatı iyun ayında alman markasının 75-illik yubileyinə həsr olunmuş tədbirdə baş tutacaqdır. Daha sonra yenilik Qudvud Sürət Festivalında nümayiş etdiriləcəkdir. Vida spayderi Amerikadakı diler salonlarında 2024-cü ilin yazında peyda olmalıdır, Avropadakı dilerlər isə, sifariş etdikləri sportkarları bu il almalıdırlar.