Almanlar yenilənmiş BMW X5 M krossoverinin əsasında yaradılmış Manhart MHX5 700 modelini təqdim ediblər.
Fins.az xəbər verir ki, yenilik korporativ üslubda işlənilib - əsas güc mühərrikin təkmilləşdirilməsinə yönəldilib, qalan aspekstlərə isə qalıq prinsipinə uyğun olaraq diqqət yetirilib. Təkmilləşdirmələr paketinə modernizasiya edilmiş mühərriklə yanaşı, paslanmayan poladdan hazırlanmış buraxılış sistemi də daxildir.
Xatırladaq ki, adi BMW X5 M krossoverinin 4,4-litrlik V8 benzin turbomühərriki 625 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edir, lakin Manhart MHtronik idarəetmə blokunun tətbiqi sayəsində bu aqreqatın hasilatı 730 at qüvvəsinə və 900 Nm-ə qədər artırılıb.