Çin bazarında 2023-cü model ilin Tiggo 5x krossoverinin satışlarına start verilib. Əsas təkmilləşdirmə 1,5-litrlik atmosfer mühərrikinin artırılmış hasilatı olan eyni həcmli güc aqreqatı ilə əvəzlənməsidir. Mühərrik, əvvəlki kimi, 5-pilləli mexaniki ötürmələr qutusu və ya variatorla təchiz edilə bilər.
Fins.az xəbər verir ki, Chery Tiggo 5x modelinin görünüşündəki təkmilləşdirmələr dekorla bağlıdır: disk çeşidi genişləndirilib, interyer tərtibatının yeni variantları peyda olub.
Çində satılan krossoverin interyerində Jaguar Land Rover üslubunda klimat-kontrol blokunu, transmissiyanın qeydə alınan coystikini görmək olar. Perpendikulyar düzülüşü olan qadcetləırin simsiz doldurulması sistemindən isə artıq keçən ildən istifadə olunur.
Kapotunun altında yeni atmosfer mühərriki olan model 70-90 min yuana (17-22 min manat), turbomühərrik və variator ilə təchiz edilmiş top versiya isə 96 min yuana (23 min manat) başa gələcəkdir.