AVTO

04 May

BMW yeni i5 elektromobilinin interyerini nümayiş etdirib - FOTO

Alman istehsalçısı tərəfindən yayımlanan növbəti videotizer məşhur BMW “burun dəliklərinin” işıqlandırılmış konturunun nümayişi ilə başlayır və ön panel üzərindən uçuşla davam edir: görüntülərdə atmosfer işıqlandırmasının naxışını və multimedia sisteminin genişformatlı ekranını görmək olar.

Fins.az xəbər verir ki, daha ətraflı məlumat yaxın həftələrdə peyda olmalıdır, çünki modelin premyerası mayın 24-nə planlaşdırılıb – həmin gün təkcə i5 elektrokarı deyil, həm də yeni, 5 Series modelinin səkkizinci nəslinin yanacaqlı versiyaları da nümayiş etdiriləcəkdir.

BMW i5 elektromobilinin alman istehsalçısının qabaqcıl texnologiyalarının nümayişçisi olacağı gözlənilir: məsələn, elektromobil üçün artıq doqquzuncu nəsil üfüqi yerlədəyişmələrə nəzarət (Vertical Dynamics Management) sistemi bəyan edilib. O, adaptiv asqının sərtliyini tənzimləyir, amortizasiya gücünü hesablamaq üçün isə, cari hərəkət şəraiti barədə məlumatlardan istifadə edir.

Bundan əlavə, i5 modeli Highway Assistant avtoban köməkçisi olan Driving Assistant Proffesional kompleksini alacaqdır. O, 130 km/saata qədər sürətlərdə işləyir, qarşıdakı avtomobillər ilə ara məsafəsi saxlayır, zolaqların sərhədlərini görür və sərbəst şəkildə qonşu zolağa keçə bilir. Başqa bir nou-hau baxışla idarəetmə olacaqdır - sürücü yan güzgüyə baxdıqda, zolaq dəyişikliyi baş verəcəkdir. Bu texnologiya sözügedən avtopilotun bir hissəsi olacaqdır.

BMW i5 modelinin beşinci nəsil eDrive ötürməsi və yeni növ batareyaya sahib olacağı da məlumdur. Fərqli ölçülərə və kimyəvi tərkibə keçid zamanı xüsusi tutumun 20% artırılmasını vəd edən akkumulyator texnologiyası elektrik sedanın əsas rəqabət üstünlüyü olmalıdır.
Qeyri-rəsmi məlumatlara görə, i5 iki modifikasiyada debüt etməlidir: eDrive40 və 600 at qüvvəsi hasil dən güc qurğusuna malik olan M60 versiyası. Elektromobil ilə eyni vaxtda benzin və dizel mühərrikli 5 Series sedanları (onların hamısı startyor-generator şəklində elektrik üstqurumunu alacaqlar), həmçinin 530e və 550e plagin hibridləri debüt etməlidirlər. Modifikasiya çeşidinin zirvəsində (M5 modeli debüt edənə qədər) M560e xDrive modifikasiyası yerləşəcəkdir.

G60 kod adlı yeni nəsil 5 Series sedanlarının Almaniyadakı istehsalına cari ilin yay aylarında başlanmalıdır. Yeni model Avropadakı dilerlər salonlarında oktyabr ayında peyda olmalıdır.

©autograph