AVTO

03 May

Rolls-Royce şirkəti Dawn kabrioletinin istehsalına son verib - FOTO

Rolls-Royce şirkəti Wraith kupesinin ardınca Dawn kabrioletinin istehsalını dayandırmaq qəararına gəlib. Dəbdəbəli kabrioletin “vida” versiyaları olmayacaq, avtomobillərin son partiyası sadəcə Qudvuddakı zavodda yığılıb və bütün kabrioletlər artıq satılıblar. Onlara sifarişlər artıq bir il bundan əvvəl qəbul edilib.

Fins.az xəbər verir ki, Dawn 2015-ci ildə debüt edib, lakin onun tirajı məlum deyil.

Ənənəvi olaraq, Rolls-Royce avtomobillərinin tirajı haqqında məlumat vermir. Kabrioletin varisinin olub-olmayacağı da sual altındadır: Rolls-Royce Spectre elektrokarı yalnız kupe versiyasında təqdim olunub və cari ilin sonunda satışa çıxarılacaqdır.

Məlum olduğu kimi, Rolls-Royce Dawn modeli 571 at qüvvəsi və 820 Nm fırlanma anı hasil edən 6,6 -itrlik iki turbokompressorlu V12 mühərriki ilə təchiz edilir. Kabriolet 100 km/saat həddinə 4,9 saniyəyə sürətlənir, onun maksimal sürəti isə, elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılmışdır.

©autograph