AVTO

03 May

Alpine Pikes Peak yarışları üçün sportprototipi hazırlayıb - FOTO

Alpine “Buludlara doğru yarış” üçün hazırlanmış A110 kupesini nümayiş etdirib. Pikes Peak International Hill Climb qaydalarına uyğun gələn və Signatech şirkətinin iştirakı ilə hazırlanmış idman prototipi trekin xarakterinə uyğunlaşdırılmış yeni aerodinamik kuzov dəstini, başqa işıqlandırma texnikasını və gücü 500 at qüvvəsinə qədər artırılmış mühərriki alıb.

Fins.az xəbər verir ki, avtomobil Time Attack 1 sinfində mübarizə aparacaqdır. Xatıradaq ki, bu sinifin rekordu Porsche GT2 RS Clubsport kupesinə məxsusdur. Piks Paykdakı təpəyə dırmanma yarışları iyunun sonunda keçiriləcəkdir.

Alpine brendi ilk dəfə olaraq Pikes Peak International Hill Climb yarışlarında  iştirak edəcəkdir. “Buludlara doğru yarış” trekində yarışacaq avtomobil A110 kupesinin bu güünə qədər yaradılmış ən ekstremal versiyası olacaqdır.

O, Alpine komandasının WRC və WEC çempionatındakı tərəfdaşı Signatech şirkəti tərəfindən inşa edilib. Fransızlar Alpine A110 Pikes Peak kupesini aerodinamikanın əsl şah əsəri adlandırırlar və bu mübahisə predmeti belə deyil: sadəcə bu splitterə, “Le Man” tipli uzununa stabilizatora və iki hissəyə bölünmüş antiqanadına baxmaq kifayətdir.

İdman prototipinin əsasını A110 R “karbon” kupesi təşkil edir. Belə kupe A110 S modelindən 34 kiloqram yüngüldür, lakin konstruktorlar daha da irəli gediblər. Nəticədə, mürəkkəb kuzov dəstinə baxmayaraq, A110 Pikes Peak kupesi orijinaldan 130 kiloqram yüngüldür və 950 kiloqram ağırlığındadır.

Mühərrikin gücü - təxminən 500 at qüvvəsidir. Lakin bu aqreqat barədə heç bir məlumat yoxdur. Xaatırladaq ki, adi A110 R kupesi 300 at qüvvəsi və 340 Nm fırlanma anı hasil edən 1,8-litrlik “turbodördlük” ilə hərəkətə gəlir. Kupenin ilk “yüzlüyə” sürətlənməsi 4,2 saniyə çəkir, lakin yarış kupesi, əlbəttə ki, daha yeyin olacaqdır.

©autograph