AVTO

02 May

Buick yeni flaqman sedanının interyerini nümayiş etdirib - FOTO

General Motors yeni bayraqdar Buick sedanının interyerini nümayiş etdirib. Amerikan konserninin Çində fəaliyyət göstərən bölməsi Buick LaCrosse sedanının interyerinin rəsmi şəkillərini paylaşıb.

Fins.az xəbər verir ki, yenilik ümumi diaqonalı 30 düym olan əyri 6K displeyi, oturacaqların qapı kartlarındakı idarəetmə pultu, qapıların bumeranq formalı tutacaqları, qadcetlərin simsiz doldurulması üçün nəhəng platforma, həmçinin sensorlu düymələri olan çoxfunksiyalı sükan çarxı ilə seçiləcəkdir.

Buick LaCrosse modelinin interyeri Çindəki ən son dəbə uyğun olaraq hazırlanıb: interfeys praktiki olaraq analoq düymələrdən məhrum edilib, yüksək dəqiqlikli ekranlar, "süzən" konsol və çoxkonturlu kontur işıqlandırması peyda olub. İnteryerdə hər şey Mercedes-Benz avtomobillərini xatırladır: sükan çarxı, transmissiyanın selektoru, multimedia sistemi və oturacaqların tənzimlənməsi interfeysi Ştutqart modellərinin ruhundadır.

Texniki hissədə inqilab gözlənilmir. Beşmetrlik Buick LaCrosse sedanı köndələn yerləşən mühərriki olan ön ötürməli platformada inşa edilib. Kapotun altında, müvafiq olaraq, 179 və 230 at qüvvəli 1,5 və 2,0 litrlik dördsilindrli turbomühərriklərin yerləşdiriləcəyi gözlənilir. Çox güman ki, hibrid variant da olacaqdır, lakin hələlik belə bir versiya bəyan edilməyib.

Buick LaCrosse sedanının eksteryer dizaynı sertifikatlaşdırma şəkilləri sayəsində artıq sirr deyil. Sedanın Şanxayda avtosalonunda nümayiş etdirirləcəyi gözlənsə də, görünən odur ki, bayraqdar sedan üçün ayrıca təqdimat tədbiri planlaşdırılıb. Yeni sedanın Səma İmperiyasından kənarda satılmayacağı dəqiqdir.