Uzun kuzovlu Land Rover Defender 130 ofrouderi V8 mühərrikini və beşyerli Outbound versiyasını əldə edib. Artıq səkkizyerli ofrouderi 500 at qüvvəli səkkizsilindrli kompressorlu aqreqat ilə sifariş etmək və ya Defender 130 Outbound macəra təchizatını seçmək olar. Belə avtomobillər eksteryer və interyer tərtibatı ilə fərqlənir. Üstəlik, Outbound versiyası yalnız iki mühərrik ilə təklif edilir: altısilindrli benzin və dizel mühərrikləri.
Fins.az xəbər verir ki, Land Rover şirkəti Defender ofrouderinin modifikasiya çeşidinə bir neçə yeni versiya əlavə edilib. Beləliklə, səkkiz nəfərlik Defender 130 versiyasını indi 5,0-litrlik kompressorlu “səkkizlik” ilə sifariş etmək olar ki, bu da 500 at qüvvəsi və 610 Nm, habelə 100 km/saat həddinə 5,7 saniyəyə sürətlənmə deməkdir.
Defender 110 üçün isə County Exterior “vintaj” paketi təklif olunur. Bundan əlavə, macəraçı Defender 130 Outbound versiyası ortaya çıxıb. O, beş nəfərlikdir və nəticədə baqajın həcmi 1329 litr təşkil edir.
130 Outbound modelinin kuzov rəngi palitrası dörd çalardan ibarətdir: ağ Fuji White, qara Santorini Black, boz Carpathian Grey və Eiger Grey. Bamperlər və radiator barmaqlığındakı əlavələr üçün Shadow Atlas Matt, ön qanadlardakı havalandırma barmaqlıqları üçün isə Anthracite rəngindən istifadə olunur.
Belə ofrouderlərin salonu tünd rənglərlə bəzədilib. Üzlüklər üçün Windsor dərisindən və ya aşınmaya davamlı Resist parçasından istifadə olunur. Baqaj bölümündə takelaj qarmaqları və yükü bərkitmək üçün tor var. Böyük əşyaaları yükləyərkən avtomobilin boya səthinə zərər verməmək üçün, baqajdakı xalını açmaq da olar.
130 Outbound versiyası yalnız iki mühərriklə təklif edilir: bunlar, 48 voltuq sistemi olan Ingenium ailəsinin benzin və ya dizel “altılıqlarıdır”. Bütün ofrouderlər səkkiz pilləli “avtomat”, tam ötürmə, Terrain Response 2 rejim selektoru və elektron idarələnən amortizatorları olan pnevmatik asqı ilə təchiz edilirlər. Ofrouderin Böyük Britaniyadakı satış qiyməti 81,285 funt sterlinqdən başlayır.