AVTO

28 Aprel

Volvo yüksək tələbat səbəbindən EX90 modelinin satışlarını dayandırıb - FOTO

Volvo şirkəti yüksək tələbat səbəbindən EX90 elektrik krossoverinin satışını dayandırıb. Modelin istehsalının payızda başlamasına baxmayaraq, İsveç istehsalçısı belə radikal addım atmaq qərarına gəlib. Xatırladaq ki, elektrik krossoverinin ilk tədarüklərinə 2024-cü ilin əvvəlində başlamaq planlaşdırılır.

Fins.az xəbər verir ki, İsveç brendi yeni məhsulunu - cəlbedici qiymətə və gənc auditoriyaya yönəlmiş yığcam premium krossoverini buraxcağını da elan edib. Yeni model bir neçə aydan sonra nümayiş etdiriləcəkdir.

Volvo şirkətindən verilən məlumata görə, EX90 elektrik krossoverinə tələb ən cəsarətli gözləntiləri üstələyib. Avtomobillərin ilk partiyasına sifarişlərin qəbulu dayandırılıb, lakin istehsalçı satışları tezliklə bərpa edəcəyini bildirib.

Doğma vətənində Volvo EX90 krossoverinin qiyməti təxminən 1,1 milyon kron təşkil edir. Bu, XC90 Recharge hibridindən 190 min kron bahadır. EX90 ABŞ və Çində istehsal olunacaqdır.

Ümumiyyətlə, 2023-cü il Volvo üçün daha bir mühüm il olmalıdır. Bir neçə aydan sonra, şirkət yığcam elektrik krossoverini nümayiş etdirəcəyini bildirib. Bu krossoverin vəzifəsi yeni yaş kateqoriyasından olan alıcıları cəlb etməkdir.

Çox güman ki, söhbət gənclərdən gedir, çünki yeniliyin rəqabət üstünlüklərindən biri qiymət olacaqdır. İlin sonuna qədər formalaşan elektrik çeşidi Volvo şirkətinə başlanğıc premiumdan tutmuş lüks seqmentinə bütün seqmentlərdə qədər iştirak etməyə imkan verəcəkdir.

Yuxarı qiymət seqmentində, əlbəttə ki, EX90 Excellence modeli çıxış edəcəkdir. Modelin ən dəbdəbəli variantı ikinci cərgədə ayrıca oturacaqlar, soyuducu və Bowers Wilkins audiosistemi ilə təchiz edilir. Belə krossoverlərin interyer tərtibatı üçün təbii ağac şponu, yun qarışığından, ekoloji Nordico tekstili və hətta İsveçin Orrefors şirkətinin büllurundan istifadə olunur.

Zahiri cəhətdən dəbdədbəli EX90 Excellence versiyasını tanımaq daha asandır - Maybach üslubunda ikirəngli kuzov və orijinal dizayna malik olan 22-düymlük təkər diskləri bu versiyanın xarakterik elementləridir.

©autograph