AVTO

28 Aprel

Bentley şirkəti yenilənmiş Continental GT və GTC Azure modellərini təqdim edib - FOTO

Bentley şirkəti Continental GT Azure ailəsini bir qədər yeniləyib. Kupe və kabrioletlərin radiator barmaqlığı dəyişdirilib - indi bu element uzunbazalı Bentayga EWB Azure krossoverindəki ilə eynidir.

Fins.az xəbər verir ki, yenilənmiş Azure modelləri üçün diametri 22 düym olan yeni standart təkər disklərini hazırlayıblar. Dekor variantları siyahısında ön panel və qapılar üçün nəzərdə tutulmuş cilalanmış alüminiumdan örtmələr, kuzovun rəng palitrasında isə mavi-yaşıl Topaz Blue rəngi peyda olub.

Azure seriyasından olan Bentley Continental GT və GTC üçün elan edilmiş yenilənmələr o qədər də genişmiqyaslı deyil. Hər iki qrand turer Bentayga EWB Azure modelindəki kimi şaquli “çubuqları” olan radiator barmaqlığını və yeni standart 22-düymlük Flying Spur təkər diskləri alıb.

Salonda daha dərin xovlu dəbdəbəli yun xalılar var, oturacaqlara isə, xüsusi lofted quilting naxışı vurulub. Tamamilə təkrar emal edilmiş neylondan hazırlanmış döşəmə örtüyü isə ekologiyaya işarədir.

Lakin Continental GT və Flying Spur modellərinin bütün versiyalarının ön panel və qapılarını, ilk dəfə olaraq, üçölçülü rombşəkilli naxışı olan ciilalanmış alüminiumla bəzəmək təklif edilir. Naxış müharibədən əvvəlki yarış Bentley avtomobillərinin matrisalı barmaqlığını simvolizə edir. Kuzovun rəng palitrasına özündə mavi və yaşıl çalarları birləşdirən yeni Topaz Blue boyası əlavə edilib. Speed seriyasında olan modellər üçün boz rəngli Granite Gray dekoru, Flying Spur Speed və Flying Spur S versiyaları üçün isə yeni matrisalı radiator barmaqlığı əlçatandır.

©autograph