AVTO

26 Aprel

Dünyada satılan hər 5 avtomobildən biri elektrikli olacaq

Bu il elektrikli avtomobil satışlarının ötən ilə nisbətən 35% artaraq 14 milyona çatacağı və satılan hər 5 avtomobildən birinin elektrikli olacağı gözlənilir.

Fins.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.

Hesabata görə, ötən il dünyada elektrikli avtomobil satışları 2021-ci illə müqayisədə 55% artaraq 10 milyonu ötüb. Bu da rekord göstərici hesab olunur.

Elektrikli avtomobillərin ümumi avtomobil satışlarında payı isə 14%-ə yüksəlib. Bu nisbət 2020 və 2021-ci illərdə müvafiq olaraq 4% və 9% təşkil edib. Eyni zamanda, ötən il elektrikli nəqliyyat vasitələrinə çəkilən xərclər 2021-ci ilə nisbətən 50% artaraq 425 milyard dollara çatıb.