AVTO

25 Aprel

Hyundai ABŞ-da elektrikli avtomobil akkumulyatoru fabriki quracaq

Cənubi Koreya avtomobil istehsalçısı "Hyundai"nin xalis mənfəəti birinci rübdə iki dəfədən çox artdığından, şirkət ABŞ-da elektrikli avtomobil akkumulyatoru fabriki quracaq.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Hyundai Motor Group" Şimali Amerikada elektrikli avtomobil akkumulyatorlarının istehsalına 5 milyard dollar xərcləməyə hazırlaşır.

Zavodun 2025-ci ilin ikinci yarısından istehsala başlayacağı gözlənilir.

Zəminə Hüseyn
Fins.az