Nissan şirkəti Çin üçün xüsusi olaraq hazırlanmış yeni Pathfinder krossoverini təqdim edib. Avtomobil Şanxayda keçirilən beynəlxalq sərgidə debüt edib. Şirkətin dizaynerləri avtomobilin eksteryerini çinli alıcıların zövqünü nəzərə alaraq yaradıblar.
Fins.az xəbər verir ki, hələlik yapon şirkəti seriyaöncəsi versiyanı təqdim edib, lakin modelin minimal dəyişiklərlər edilmiş versiyasının kütləvi istehsalına 2023-cü ilin dördüncü rübündə Nissan-Dongfeng birgə müəssisəsində başlamağa söz veriblər.
Əslində, bizə yaxşı tanış olan qlobal modellə yeniliyi yalnız ümumi ad birləşdirir. Nissan komandası alıcıların zövq və istəklərini nəzərə alaraq krossoverin eksteryer və interyerini sıfırdan yaradıblar.
Vizual olaraq daha çox tam ölçülü krossoveri xatırladan ofrouder quraşdırılmış diod zolaqları şəklində hazırlanmış fənərlərin inteqrasiya olunduğu nəhəng radiator barmaqlığını alıb. Arxa işıqlar baqajın mərkəzində yeganə boşluq olan uzun xətt şəklində hazırlanıblar.
Ekranların çoxluğuna baxmayaraq, interyer kifayət qədər minimalistdir – cihazlar panelinin və multimedia sisteminin displeyləri bir-birinə yaxın yerləşir, hava kanalları mərkəzdən ora köçürülüblər. Çin bazarı üçün nəzərdə avtomobil üçcərgəli konfiqurasiyada təklif olunacaqdır - istehsalçının fikrincə, avtomobilin əsas auditoriyası aktiv həyat tərzinə üstünlük verən ailələr olacaq.
Təəssüflər olsun ki, Nissan konseptin texniki içalatı barədə məlumat verməyib, böyük ehtimalla, prototipin kapotunun altında 2,0-litrlik turbomühərrik var. Yeganə məlum olan isə, Çin üçün nəzərdə tutulmuş Pathfinder modelinin Dongfeng Nissan birgə müəssisəsi tərəfindən buraxılacağıdır. Yeni modelin istehsalına cari ilin dördüncü rübündə başlamaq planlaşdırılır.
Bu, yapon avtomobil istehsalçısının Şanxay avtosalonunda Çin bazarı üçün xüsusi olaraq təqdim etdiyi ikinci yenilikdir. Bir gün əvvəl şirkət virtual köməkçi və taybatay qapıları olan Arizon konseptual elektrik krossoveri üzərindən sirr pərdəsini götürüb. Yenilik yaxın gələcəkdə seriya modelinə çevrilə bilər.
©autograph