Tesla-nın CEO-su İlon Mask, istehlakçı tələbini azalda biləcək faiz dərəcələrinin artması fonunda bir çox modellərinin qiymətlərini növbəti dəfə aşağı salıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Model Y modelinin qiyməti 9,1 % azalaraq 49,990 dollara, Model Y performans modelinin qiyməti isə 8,5 % azalaraq 53,990 dollara düşəcək.
Model 3 qiyməti 7 % azalaraq 39 990 dollar təşkil edəcək.
Zəminə Hüseyn
Fins.az